суббота, 30 июня 2018 г.

7 gün

Bu gün təlim maraqlı oldu. Buklet, təşəkkürnamə hazırlamaq öyrəndik. Müəllim təqdimatının tamamladıq. Google disk haqda məlumat aldıq və gmaillə birgə iş işlədik. Eyni vaxtda hamı bir birinin işini korrektə edən fayl üzərində işlədik.  

6 gün

Bu gün təlimdə müəllim təqdimatını hazırladım. Təqdimatda qrup işləri yazdım. Məqsədlərimi dəqiqləşdirdim. Təlimçilərimiz Point proqramında təqdimat hazırlamağın yollarını başa saldı. 

четверг, 28 июня 2018 г.

5 ci gün

Bu gün qiymətləndirmənin növlərində danışdıq, Lahiyəmiz üçün üsul və vasitələrimizi  müəyyən etdik. Təlimçilərimizə təşəkkürlər. 

понедельник, 25 июня 2018 г.

4 cü gün

Bu gün təlimimiz uğurla keçdi. Sualların növlərini müəyyən etməyə çalışdım. Lahiyəmizin məqsədinə uyğun suallar seçdik, Təməl, mövzu və məzmun suallarının oşxar və fərqli cəhətləri müəyyən etdik. Günüm maraqlı oldu. Təlimçilərimizə təşəkkürlər. 

суббота, 23 июня 2018 г.

3 gün

Bu gün lahiyəmi təqdim etdim. "Simmetriyanın həyatımızda rolu" Məqsədim şagirdlərə simmetriyanı anlatmaq, oədim xalçalarımızda naxışların simmetriyasını  öyrənmək və yeni xalça yaratmaq. Təbiətdə simmetriyanı müşahidə etmək.  Başqa həmkarlarımın da fikri maraqlı idi. lahiyə mənim üçün daha da aydın oldu. təlimçilərə və həmkarlara təşəkkürlər 

пятница, 22 июня 2018 г.

2 gün

Bu gün Blum taksionomiyasının mərhələlərini müzakirə etdik, lahiyə planı haqda danışdıq. Artıq sabahkı tapşırıq haqda fikirləşirəm. Bu günüm maraqlı keçdi. 

четверг, 21 июня 2018 г.

Birinci gün

Bu gün yeni təlimə qoşuldum. Təlimçilər Xatirə xanım və Leysan bəy təlimin məqsədlərini anlatdı. Yeni bloq yaratmağı öyrəndim. yeni lahiyələr qurmağı planlaşdırıram. Ümidvaram ki çox şeylər öyrənəcəm.