вторник, 10 июля 2018 г.

14-15 Cİ GÜN

Bu gün gözəl bir təqdimat günü oldu. Təlimin əvvəlində çox çətin görsənsə də, sonda çox gözəl müəllim təqdimatları və şagird nümunələri oldu. Təlimçilərimizə təşəkkürlər. Amma məncə təlim müddəti bir ay olsaydı əla olardı, daha gözəl işlər hazırlayardıq.

Deyəsən bloqun üstünlüklərini indi daha aydın başa düşdüm. Təəsüf edirəm ki, sonuncu gündü, yoxsa daha gözəl bloqlar yaza bilərdim. Təlim həm də bizi doğmalaşdırdı. Təqdimatıma qiymət verən həmkarlarıma təşəkkürlər.

12 ci gün

Salam. Biz dünən şagird təqdimatını photodex.com  -da video çarx hazırlamağı öyrəndik. 

суббота, 7 июля 2018 г.

13 cü gün

Bu gün öz portofoliyamızda Özünüqiymətləndirmə səhifəsini işlədim. Lazimi sənədləri yazdıq. Yarımçıq qalan işlərimi  yekunlaşdırdım. 

четверг, 5 июля 2018 г.

11 ci gün

Salam. Bu gün şagird işinin planlaşdırılması haqda söhbət oldu. Şagird işlərinin Veb2.0 alətlərində hazırlamaq, resursları toplamaqla işlərimizi qaydaya saldıq. Təlimçilərimizə təşəkkür. 

10 cu gün

Bu gün  yalnız bir saat elektrik  enerjisi verildi,  Veb2.0 alətlərindən istifadə, emaze alətindən istifadə etməyi öyrəndik. Sosial şəbəkələrin uşaqlara mənfi və müsbət təsirindən, səmərəli istifadəsindən danışdıq. Təlimçilərimiz Xatirə xanıma və Leysan bəyə təşəkkürlər. 

9 cu gün

Bu gün Mingəçevirdə  baş verən qəzaya görə elektrik enerjisi olmadı. Məşgələmizdə müəllim təqdimatını dinlədik və müzakirə etdim. Təlimçilərimizə təşəkkürlər. 

понедельник, 2 июля 2018 г.

8 ci gün

Bu gün gözəl təlim oldu. Müəllim təqdimatı üçün şəkil və mətnlərimizin seçilməsi və və yerləşdirilməsini öyrəndim. Təlimçiləmizə böyük təşəkkür.